01 11 2025-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Gürcüstanda yoluxma sayı -336

16.04.2020

Gürcüstanda koronavirusa yoluxanların sayı son 24 saat ərzində 30 nəfər artıb.

Bu barədə Gürcüstan hökumətinin rəsmi stopcov.ge saytında məlumat yerləşdirilib.

Bildirilir ki, aprelin 16-da səhər saatlarında Gürcüstanda COVID-19 virusuna yoluxanların sayı 336 nəfər təşkil edib.

Hazırda karantində 5000 nəfər, stasionarda isə 494 nəfər var.

Bu günədək ölkədə koronavirusa yoluxmuş 74 nəfər sağalıb, 3 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, xaricdə koronavirusa yoluxmuş daha 3 nəfər müalicə üçün Gürcüstana gətirilib.

Xarici ölkələrdə COVID-19 virusundan ölən Gürcüstan vətəndaşlarının sayı 9 nəfərə çatıb.