27 04 2024-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Koronavirus mövzusunda qrafik dizayn müsabiqəsi elan olunub

16.04.2020


Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və "Parlaq” İctimai Birliyinin birgə təşkilatçılığı ilə koronavirus pandemiyası (COVID-19) ilə mübarizə mövzusunda qrafik dizayn müsabiqəsi elan olunub.

İdarədən bildirilib ki, müsabiqənin təşkilində əsas məqsəd koronavirus pandemiyasının səbəb olduğu bəşəri problemlərin və ölkəmizdə bu epidemiyaya qarşı aparılan mübarizənin qrafik dizayn mövzusuna çevirməklə ictimaiyyətə qalıcı formada çatdırılması, özündə sosial məsuliyyəti, epidemiyanın təhlükəsi və infeksiyadan qorunmaq barədə informasiyanı ehtiva edən qrafik dizayn işlərini ərsəyə gətirməklə əhalinin maarifləndirilməsi və yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından yeni işlərin hazırlanmasına stimul verməkdir.

Müsabiqədə yalnız 18-35 yaşlarında Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Qrafik dizayn işlərinin mövzusu tibb işçilərinin koronavirus infeksiyası ilə apardığı mübarizəni, pandemiya ilə əlaqədar həyatları risk altında olan digər peşə sahiblərinin fəaliyyətini, karantin və izolyasiya tədbirləri ilə bağlı əhalinin göstərməli olduğu sosial məsuliyyəti, dövlətimizin mövcud situasiya ilə əlaqədar həyata keçirdiyi tədbirləri, epidemiyanın yaratdığı bəşəri problemləri və digər aktual məsələləri əhatə etməlidir. Hər bir dizayner müsabiqəyə yalnız bir qrafik dizayn işi təqdim etməlidir.

Müsabiqədə birinci, ikinci və üçüncü yerlərin qaliblərinə diplom və pul mükafatları təqdim olunacaq.

Qaliblərə təşkilatçılar və fərdi şəxslər tərəfindən müsabiqəni dəstəkləmək məqsədilə əlavə mükafatlar da təqdim oluna bilər.

Müsabiqə mayın 30-dək davam edəcək. İştirakçılar ad, soyad və ata adını, əlaqə vasitəsini qeyd edərək təqdim ediləcək işləri [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Müsabiqəyə göndərilmiş dizayn işləri daha əvvəl heç bir kütləvi informasiya vasitəsi və elektron mediada nümayiş olunmamalı və yayımlanmamalıdır.

Qaliblərin mükafatlandırılması haqqında məlumat Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəsmi www.az.baku-art.com saytında yerləşdiriləcək.