27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Azərkontrakt”ın kollektivi tənha insanlara və aztəminatlı ailələrə yardım edib

16.04.2020


Respublikamızda yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə dövlətimiz tərəfindən sistemli və təxirəsalınmaz tədbirlər həyata keçirilməklə yanaşı həssas əhali qruplarının, həmçinin aztəminatlı, tənha və ahıl ailələrin sosial müdafiəsi də diqqətdə saxlanılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsinə dair çağırışına dəstək olaraq "Azərkontrakt” Səhmdar Cəmiyyətinin kollektivi növbəti dəfə sosial həmrəylik nümayiş etdiriblər. Belə ki, respublikamızda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar "Azərkontrakt” Səhmdar Cəmiyyətin kollektivi xalqımızın xeyirxahlıq və vətənpərvərlik kimi ali dəyərlərinə uyğun olaraq evdə özünütəcrid vəziyyətində qalan və sosial yardıma ehtiyacı olan tənha və ahılların ehtiyaclarının ödənilməsini, onlara lazımı sosial və mənəvi köməyin göstərilməsini qərara almışlar. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tövsiyyəsi ilə "Azərkontrakt” Səhmdar Cəmiyyətinin əməkdaşları dövlət qayğısının təzahürü olaraq Bakı şəhərinin Nizami və Binəqədi rayonlarında tənha yaşayan ahıl vətəndaşların və aztəminatlı 51 ailənin ünvanlarına gedərək evlərində ərzaq məhsullarından ibarət yardımlar təqdim ediblər. Eyni zamanda, "Azərkontrakt” Səhmdar Cəmiyyətinin işçiləri tənha və ahıl insanların səhhəti ilə maraqlanmış və onlarla maarifləndirici söhbətlər aparmış, koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunan xüsusi karantin rejiminin qaydaları barədə məlumat veriblər. Tənha və ahıl ailələrin üzvləri onlara göstərilən bu yardımı dövlətin yüksək diqqət və qayğısı kimi qiymətləndirmiş, buna görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.