09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

TÜRKSOY “Evdə qal!” deyir

15.04.2020


Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) ölümcül yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı aparılan ümumdünya mübarizəsinə dəstək vermək məqsədilə "Evdə qal!” mövzusunda klip hazırlayıb.

Klipin hazırlanmasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Xalq Çalğı alətləri Orkestri, Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan və Türkmənistan daxil olmaqla türk dünyasının TÜRKSOY-la əməkdaşlıq edən musiqiçiləri və çalğıçıları iştirak ediblər. Virtual qaydada hazırlanan efir əsəri İnternet proqramları üzərindən geniş tamaşaçı auditoriyası qazanıb.

Qeyd edək ki, məlum virus riski ilə əlaqədar olaraq TÜRKSOY ənənəvi Novruz mərasimlərini də daxil olmaqla bir sıra tədbirlərini təxirə salıb.