08 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avropada yoluxma sayı bir milyona yaxındır

15.04.2020


Koronavirus pandemiyasının episentrlərindən biri olan Avropada bu virusa yoluxanların sayı 1 milyon nəfərə çatıb.

Ölkələrin rəsmi göstəriciləri əsasında hazırlanan statistikada aprelin 15-də 959 453 nəfərin koronavirus daşıyıcısı olduğu məlum olub.

Almaniyanın NTV telekanalının təqdim etdiyi statistikada qeyd edilib ki, hazırda Fransada ahıllar evlərində şübhə altında olan 39730 hal bəzi məlumatlarda təsdiqlənmiş yoluxma kimi də tövsif olunur. Əgər həmin rəqəmlər də statistikaya daxil edilərsə, o zaman Avropada yoluxma halları bir milyonu keçmiş sayılır.

Qeyd edilməlidir ki, indiyədək dünyada koronavirusla əlaqəli ölənlərin əksəriyyəti də Avropa ölkələrinin payına düşür. Dünyada COVID-19 xəstəliyinin fəsadları nəticəsində həyatını itirən 126 min insandan 84500 nəfəri Avropa sakinləri olub. İndiyədək 411 mindən artıq insan bu xəstəlikdən sağalıb.