02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gəncədə tibbi maska istehsal olunacaq

14.04.2020


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təşəbbüsü ilə şəhərdə tibbi maska istehsalına başlanılıb.

Şəhər icra hakimiyyətindən bölgə müxbirinə bildirilib ki, istehsal "Sahibkar Qadınlar” İctimai Birliyinin müəssisəsi olan "Qızıl Əllər” MMC-də həyata keçirilir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Milli Məclisin deputatı Pərvin Kərimzadə "Qızıl Əllər” MMC-yə baş çəkib, tibbi maskaların istehsal prosesi ilə tanış olublar.

"Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayeva bildirib ki, əgər əvvəl tibbi maskalar daxili imkanlar hesabına 3-5 dərzi xanım tərəfindən tikilirdisə, hazırda istehsal prosesinə 20-yə yaxın işçi cəlb edilib. Xammal biçilərək dərzilərə paylanılır, onlar isə öz növbələrində tibbi maskaları istifadəyə hazır vəziyyətə gətirirlər.

Niyazi Bayramov öz köməyini əsirgəməyərək istehsal prosesində yaxından iştirak edən dərzi xanımlara minnətdarlığını bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması ilə bağlı verdiyi qərarlar göz önündədir. Bu istiqamətdə dövlətimiz tərəfindən bütün zəruri addımlar atılır. Hər bir Azərbaycan vətəndaşının üzərinə düşən isə dövlət başçısının tələb və tövsiyələrinə əməl etmək, koronavirusa qarşı mübarizədə birlik olmaqdır.

Qeyd edilib ki, tam steril şəraitdə hazırlanan tibbi maskalar xidmət sahələrində çalışan şəxslərə, o cümlədən Gəncə Uşaq Evi və Gəncə şəhər Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzinin əməkdaşlarına təmənnasız paylanılacaq.