03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə koronavirus bir gündə 98 can alıb

14.04.2020


Bütün dünyanı sürətlə cənginə alan ölümcül yeni növ koronavirus Türkiyədə daha 98 nəfərin həyatına son qoyub. Bununla da dünyasını dəyişənlərin ümumi sayı 1296 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə son rəqəmləri nazir Fahrettin Koca sosial şəbəkədə paylaşıb. Bildirilir ki, aprelin 13-də ölkə üzrə 34 min 456 nəfər üzərində test aparılıb. Onlardan 4 min 93 nəfərində infeksiya aşkarlanıb.

İndiyədək testdən keçirilənlərin ümumi sayı 410 min 556 nəfərə çatıb. Ümumilikdə 61 min 49 nəfər müalicəyə cəlb olunub. Hazırda 1786 nəfər reanimasiyadadır. İndiyə qədər 3957 nəfərin müalicəsi uğurlu olub. Onların 511 nəfəri bu gün evə buraxılıb.

Qeyd edək ki, hökumət infeksiyanın yayılmasının qarşısını almaq üçün sərt tədbirlər görməkdədir. Prezident Rəcəb Tayyib Ərdoğan bu gün bəyan edib ki, aprelin 17-də yerli vaxtla 00:00-dan aprelin 19-u 00:00-dək yenə də Ankara, İstanbul, İzmir kimi böyük şəhərlər daxil olmaqla 31 vilayət üzə komendant saatı tətbiq olunacaq.