30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranla Türkiyə sərhəddi açılacaqmı?

13.04.2020


İranla Türkiyə arasında ticarətin davam etdirilməsi üçün Bazarqan gömrük-keçid məntəqəsinin açılması istiqamətində danışıqlar aparılır.

Bu barədə mətbuata İran Gömrüş İdarəsinin mətbuat katibi Ruhulla Lətifi açıqlama verib. O bildirib ki, sərhəd qapısı bağlı olsa da, dəmir yolu ilə İran və Türkiyə arasında ticarət əlaqələri davam etdirilir. Türkiyə tərəfi ilə danışıqların mövzusu yük avtomobillərinin qarşılıqlı gediş-gəlişini təmin etməkdən ibarətdir. R. Lətifi qeyd edib ki, Türkiyə ilə sərhəddə yaradılmış Sarısu-Maku müştərək bazarı da yaxın günlərdə fəaliyyətə başlayacaq.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif isə BMT-nin Baş katibi Antonio Quterrş ilə telefon əlaqəsi yaradıb. Söhbətdə ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar müzakirə edilib. Nazir bir daha Baş katibin nəzərinə çatdırıb ki, sanksiyalar İrana tibbi ləvazimatlar və dərman preparatları almasına maneə yaradır. Koronavirus pandemiyası dövründə sanksiyaların qüvvədə qalması qanunsuzdur. Nazir Baş katibdən sanksiyaların aradan qaldırılması üçün ABŞ administrasiyasına təsir göstərməyi istəyib.

İranın Mədəni İnqilab Şurasının katibi Höccətülislam Seyid Reza Amili isə dünya katoliklərinin lideri, Roma Papası 2-ci Frensiskə, Misirin "Əl-Əzxar” Universitetinin rektoru Məhəmməd Əl-Mührəsvariyə və yəhudi ravini David Vaysa məktubla müraciət edib. Höccətülislam müraciətində dini liderlərə müxtəlif dinlərin nüfuzlu nümayəndələrindən ibarət birgə komitənin yaradılmasını, bu ağır və böhranlı günlərdə ehtiyacı olan insanlara yardım etməyi təklif edib.

Höccətülislam müraciətinin bir nüsxəsini də BMT-nin Baş katibi Antonio Quterreşə göndərib.