30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ombudsmandan #evdəqal VİDEOSU

12.04.2020


Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın çağırışlarına uyğun olaraq, yeni növ koronavirus (COVID - 19) infeksiyasının qarşısının alınması ilə bağlı ölkəmizdə həyata keçirilən #evdəqal maarifləndirmə kampaniyası çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatında çalışan əməkdaşların övladlarının iştirakı ilə videoçarx hazırlanıb.

Ombudsman Aparatından bildiriblər ki, "Evdəqal – sağlamol” və "Bizbirlikdəgüclüyük” şüarları ilə videoçarxın hazırlanmasında məqsəd insanları xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə ciddi bir zərurət olmadığı halda evdən çıxmamağa səsləməkdən ibarətdir.

Videoçarx vasitəsilə diqqətə çatdırılıb ki, biz özümüzün, ailə üzvlərimizin, yaxınlarımızın, dostlarımızın, bütövlükdə isə, xalqımızın həyatı və sağlamlığı üçün yarana biləcək təhlükənin qarşısını yalnız bu çağırışlara qoşularaq evdə qalmaqla ala bilərik. Bununla belə hesab edirik ki, gələcəyimiz olan uşaqların evdə qaldıqları dövrdə dərslərinə diqqət yetirmələri, mütaliə etmələri, imkan daxilində idmanla yanaşı, incəsənətlə də məşğul olmaları və asudə vaxtlarını səmərəli keçirmələri çox vacibdir.

Buna görə də dövlətimizin ali məqsədi olan insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən Ombudsman təsisatı olaraq bir daha hər kəsi karantın rejiminin qaydalarına, sosial izolyasiya tədbirlərinə ciddi riayət etməklə məsuliyyətli və nümunəvi davranış nümayiş etdirməyə, eyni zamanda, uşaqların hüquqlarına hörmətlə yanaşmağa çağırırıq.
--