30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynas: 2777 yoluxma, 83-ü ölü

12.04.2020

Ukraynada son sutkada 266 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə koronavirusa tutulanların sayı 2777 nəfərə çatıb ki, onların 170-ə yaxını uşaqdır. Ən çox yoluxma halı Kiyevdə qeydə alınıb – 400-dən artıq.

AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada 10 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 83 nəfərə çatıb. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. 89 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

Ukraynada koronavirusa yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.

Qeyd edək ki, ölkədə aprelin 24-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.