30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İstanbul səssizliyə bürünüb

12.04.2020

Hazırda bütün dünyada mənfi fəsadlar törədən COVID-19 səbəbindən Türkiyənin 31 vilayətində, eləcə də İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərində iki günlük komendant saatı elan olunub. Bu da ölkə əhalisinin təxminən 63 milyon 640 min nəfərini əhatə edir.

AZƏRTAC xəbər verir ki, hər il milyonlarla turistin ziyarət etdiyi, dünyanın ən böyük meqapolislərindən biri olan hay-haraylı İstanbulda indi səssizlik hakimdir. Ölkənin bir çox bölgələrində olduğu kimi, İstanbulda da yalnız xüsusi icazəli şəxslər evlərini tərk edə bilərlər. Şəhərdə metro səfərləri dayandırılıb. İki qitəni birləşdirən ictimai nəqliyyatın əsas təməli olan Marmaray və metrobüslər 15-20 dəqiqə ara ilə fəaliyyət göstərir, şəxsi avtomobillərin istifadəsi isə minimuma endirilib. İki qitəni birləşdirilən məşhur körpülər, tıxaclı yollar bu gün boş qalıb. İki gün davam edəcək komendant saatı müddətində şəhərin mühafizə xidmətləri, o cümlədən polis gücləndirilmiş iş rejiminə keçib.

Bundan əvvəl Türkiyə ərazisində fövqəladə vəziyyətlə bağlı son komendant saatı 1980-ci ildə elan olunmuşdu. 12 sentyabr - Bayraq Hərəkatından (dövlət çevrilişi) sonra tətbiq olunan qadağa 1982-ci il avqustun 1-dək davam etmişdi.

Ümumiyyətlə, Türkiyədə əhalinin siyahıya alınması ilə əlaqədar 1927-ci ildən başlayaraq hər beş ildə bir dəfə komendant saatı elan edilirdi. Sonuncu belə sayım 2003-cü ildə olub. Ölkədə qeydiyyat sisteminin Mərkəzi Əhali İdarəsinə keçməsi ilə 2007-ci ildən etibarən qadağa tətbiqi aradan qaldırılıb.
Sonralar terror qruplaşmalarına qarşı aparılan əməliyyatlar səbəbindən ölkənin bəzi bölgələrində lokal komendant saatı və fövqəladə vəziyyət tətbiq olunub.