30 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Taksilərdə arakəsmələr quraşdırılıb

11.04.2020

Paytaxtdakı taksilərdə oturacaqlar arasında arakəsmələr quraşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, koronavirus (COVID-19) xəstələyinin geniş yayılmasının qarşısının alınması məqsədilə ictimai nəqliyyatda qabaqlayıcı tədbirlər davam etdirilir. Bu çərçivədə agentlik taksi minik avtomobillərində sürücü və sərnişinlər arasında yoluxma riskinin azaldılması üçün arxa oturacaqlar arasında arakəsmələrin quraşdırılmasını tövsiyə edir. "Bolt” şirkəti tövsiyələri nəzərə alaraq taksi avtomobillərində müvafiq arakəsmələr quraşdırır. Bununla yanaşı, avtomobilin ön qapısına sərnişinlərə arxa qapıdan minməyi bildirən tövsiyə xarakterli bildirişlər vurulub.

Hazırkı epidemik vəziyyətdə bunun vacibliyini nəzərə alaraq, taksi fəaliyyəti ilə məşğul olan digər hüquqi şəxslər də bu təşəbbüsə qoşulmağa dəvət edilir.

Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli Qərarına əsasən, Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri onlar üçün irəli sürülən standartlara və normativlərə cavab verməlidir.