30 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Hey Jude”nin əlyazması 910 min dollara satılıb

11.04.2020


"The Beatles” qrupunun "Hey Jude” mahnısının Pol Makkartni tərəfindən yazılmış mətni ABŞ-ın "Julien's Auctions” hərracında 910 min dollara satılıb.

AZƏRTAC hərracın saytına istinadla xəbər verir ki, lotun ilkin qiyməti 160-180 min dollar həcmində qiymətləndirilirdi.
Pol Makkartni "Hey Jude” mahnısını 1968-ci ildə Con Lenonun oğlu Culiana valideynlərinin boşanmasına təsəlli üçün ithaf etmişdi. Nəticədə mahnı 1989-cu ildə "İlin səsyazması” və "İlin mahnısı” nominasiyasında "Grammy” mükafatına layiq görülmüşdü.

Hərracda, həmçinin "The Beatles” qrupunun digər lotları da satışa çıxarılıb. Onların arasında əvvəllər məlum olmayan tarixi əşyalar, gitara və digər musiqi alətləri, avtoqraflı əşyalar, nadir vinil plastinlər də olub.