30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünən ABŞ-da koronavirusdan ölənlərin sayı 2 minə çatıb

11.04.2020



Amerika Birləşmiş Ştatlarında cümə günü koronavirusdan ölənlərin sayı 2 mini ötüb. Bu, COVID-19 infeksiyasından ölənlərin yeni "rekord" göstəricisidir.

AZƏRTAC xəbər verir ki, Ağ evin koronavirusla mübarizə üzrə əlaqələndiricisi doktor Debora Birksin sözlərinə görə ABŞ hələ pandemiyanın pik nöqtəsinə çatmayıb. Lakin koronavirusa yoluxmanın azalmasına dair ümidverici əlamətlər mövcuddur.

Sietldəki Vaşinqton Universitetində aparılan tədqiqatların gedişində pandemiya trayektoriyasının hesablanmasının bəzi daha populyar modelləri işlənib hazırlanıb. Nəticələr göstərib ki, cümə günü ölənlərin sayı 1983-ə çatacaq, lakin yaxın günlərdə bu rəqəm aşağı düşəcək.