30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Limon, sarımsaq və zəncəfil interferonun səviyyəsini artıran preparatlarla müqayisə oluna bilməz”

11.04.2020


Koronavirusun profilaktikası və yüngül formalarının müalicəsində interferonun səviyyəsini qaldıran preparatlardan istifadə oluna bilər.

Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bu fikri TASS agentliyinə verdiyi müsahibəsində söyləyib. "Rusiyalılar hazırda immuniteti artırmaq üçün kütləvi şəkildə sarımsaq, limon və zəncəfil alırlar. Koronavirus infeksiyası ilə mübarizədə bu, nə dərəcədə səmərəlidir” sualına cavabında nazir bildirib ki, koronavirus infeksiyası ilə mübarizədə immunitetin səviyyəsi mühüm əhəmiyyətə malikdir. Elə bu səbəbdən əsas tibbi sınaqlar iki istiqamətdə aparılır. Birinci istiqamət virusu neytrallaşdıran və bloklayan, ikinci isə immunitetin artırılmasına yönəldilmiş preparatlara aiddir. Limon, sarımsaq və zəncəfil interferonun səviyyəsini artıran preparatlarla müqayisə oluna bilməz. Belə preparatlardan koronavirus infeksiyasının profilaktikasında və yüngül formalarının müalicəsində istifadə olunur. "Unutmayaq ki, koronavirus infeksiyası adi resperator xəstəliklərlə oxşar olsa da, xəstəliyin ağırlığı, gedişi və fəsadları xeyli fərqlidir. Odur ki, ilk günlər düzgün müalicə almayan və ya ümumiyyətlə müalicə olunmayan xəstələrdə fəsadların yaranması riski artır”, - deyə nazir bildirib.