09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AXC-nin 100 illiyi ilə bağlı SƏRGİ - İstanbulda

24.05.2018

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci və Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümləri ilə əlaqədar İstanbuldakı Dəniz Muzeyində Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.
"Dövran Media" xəbər verir ki, Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşkilatçılığı ilə açılan sərgi mayın 27-dək davam edəcək.
Sərginin açılışında baş konsul Məsim Hacıyev, İstanbul valisinin müavini İsmail Gültekin, digər rəsmi şəxslər, o cümlədən İstanbulda yaşayan, işləyən və təhsil alan azərbaycanlılar, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Sərgidə ümummilli lider Heydər Əliyevin. Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının, eləcə də Qafqaz İslam Ordusunun komandanlarının, o cümlədən xilaskar ordunun rəşadətini əks etdirən portretlər nümayiş olunur.
Rəsmi qonaqlara Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan "İyirmi lirə” xatirə gümüş pul sikkəsi hədiyyə olunub.