27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ölümdə azalma müşahidə edilir

05.04.2020

İspaniyada bir sutka ərzində COVID-19 xəstəliyindən 674 nəfər həyatını itirib. Beləliklə, ölkədə artıq üçüncü gündür ki, koronavirus səbəbindən ölənlərin sayında azalma müşahidə edilir.

Interfax informasiya agentliyi xəbər verir ki, bu, son 10 gündə qeydə alının ən aşağı ölüm halıdır. Hazırda İspaniyada COVID-19 xəstəliyindən həyatını itirinlərin ümumi sayı 12 min 418 nəfər, sağalanların sayı isə 38 min 80 nəfər təşkil edir.

İspaniya hakimiyyəti xəstəliyin yayılması tempinin azalması fonunda ölkənin normal funksiya göstərməsi, xüsusən fəaliyyəti faktiki olaraq dayandırılan iqtisadiyyatı və istehsalatı bərpa etmək barədə, düşünməyə başlayıb.

Müsbət tendensiyaya baxmayaraq, ölkənin Baş naziri Pedro Sançez fövqəladə vəziyyət rejiminin daha iki həftə uzadılması barədə parlamentə müraciət etdiyini bildirib.