28 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Körfəzdə virusa yoluxma sayı artıb

05.04.2020

Aprelin 4-də Körfəz ölkələrində COVID-19 virusuna yoluxanların sayı artıb.
Səudiyyə Ərəbistanında son bir sutka ərzində yeni növ koronavirusa 140 yoluxma halı qeydə alınıb. Bu ölkədə xəstələrin ümumi sayı 2179 nəfərə çatıb. Səhiyyə Nazirliyinin məlumatına görə, indiyədək koronavirusdan 29 nəfər dünyasını dəyişib.

Ötən gün Birləşmiş Ərəb Əmirliklərində koronavirusa 241 yoluxma halı qeydə alınıb və xəstələrin ümumi sayı 1505 nəfərə çatıb. Əmirliklərdə COVID-19-dan ölənlərin sayı isə 19 olub. Eyni zamanda, 35 xəstə tam müalicə olunub və evə buraxılıb. Sağalanların ümumi sayı 125 nəfərdir.

Küveytdə aprelin 4-də koronavirusa 77 nəfər yoluxub, xəstələrin ümumi sayı isə 556 olub. Yeni yoluxanların arasında Misir, İran, Hindistan və Banqladeş vətəndaşları da var. Bu ölkədə COVID-19 virusundan ölən bir nəfər də hindistanlıdır.

Omanda son bir sutkada 21 nəfər COVID-19 virusuna yoluxub. Bu ölkədə koronavirusdan ilk ölüm halı da qeydə alınıb. Xəstələrin ümumi sayı isə 298 nəfərə çatıb.

Qətərdə ötən gün daha 250 yoluxma halı qeydə alınıb. QNA agentliyinin xəbərinə görə, koronavirus xəstələrinin ümumi sayı 1325 nəfərə çatıb. Ölü sayı isə 3 nəfərdir.