28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Beyləqanda aztəminatlılara, ahıl və tənha sakinlərə yardım edilib

05.04.2020

Beyləqan rayonunda aztəminatlı ailələrə, ahıl və tənha insanlara xüsusi diqqət və qayğı göstərilir. Rayonda bu qəbildən olan insanlara mütəmadi olaraq baş çəkilir, sosial problemlərinin həllinə kömək göstərilir.

AZƏRTAC xəbər verir ki, rayonda növbəti dəfə 13 nəfər ahıl vətəndaşa və 12 aztəminatlı ailəyə ərzaq yardımı göstərilib.

Beyləqan Rayon İcra Hakimiyyətinin əməkdaşları və ərazi icra nümayəndələri, həmçinin 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Məhəbbət Mirzəyev, Şahin Cavadzadə və Ayaz Hüseynovun ailələrinə baş çəkərək onlara yardım ediblər.