28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna: yoluxma-1251, ölü-32

05.04.2020

Ukraynada koronavirusa yoluxanların sayı 1251 nəfərə çatıb ki, onlardan 80-dən çoxu uşaqdır. Ən çox yoluxma halı Kiyevdə qeydə alınıb: 225 nəfər.

AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, Ukraynada koronavirusa yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır. Ölkənin 15 vilayətində koronavirusla bağlı fövqəladə vəziyyət elan edilib. Son sutkada 156 nəfər koronavirusa yoluxub. Bu virusdan ölənlərin sayı isə 32 nəfərə çatıb. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı olub. 23 nəfər tam müalicə olunaraq evlərinə qayıdıb.

Qeyd edək ki, ölkədə aprelin 24-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.