28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Diplomatiya könüllüləri ABŞ-dakı səfirimizlə görüşüb

05.04.2020

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin diplomatiya könüllüləri üçün "Evdə qal, mühazirələrdən qalma” təşəbbüsü çərçivəsində ölkəmizin ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanovla onlayn görüş keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, interaktiv görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, səfirliyimiz tərəfindən bu ölkədə görülən işlər və qarşıda duran vəzifələr barədə müzakirələr aparılıb, iki ölkə arasında olan əməkdaşlıq, xüsusən də enerji təhlükəsizliyi sahəsində tərəfdaşlıqdan bəhs edilib.

Azərbaycan səfiri diasporumuz və onun fəaliyyətindən söhbət açıb, hazırda bütün dünyanı cənginə almış koronavirus pandemiyası ilə bağlı ABŞ-dakı son durum və ehtiyac yarandığı təqdirdə burada yaşayan soydaşlarımıza göstərilən kömək barədə məlumat verib.

Daha sonra səfir vətənpərvər könüllülərimizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair suallarını cavablandırıb. ABŞ-ın münaqişənin həllinə göstərdiyi dəstək və ATƏT-in Minsk qrupunun həmsədri qismində fəaliyyəti şərh edilib.

Səfir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2020-ci ilin "Könüllülər ili” elan olunmasından bəhs edərək bildirib ki, bu addım gənclərin cəmiyyətimizə verdiyi töhfənin yüksək dəyərləndirilməsinin nümunəsidir.