28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İspaniyada 11744 insan həlak olub

04.04.2020

İspaniyada koronavirusdan ölmüş insanların sayı bu şənbə günü 11744-ə çatıb.
İspaniya Səhiyyə Nazirliyinin bu şənbə günü verdiyi məlumatlara əsasən, koronavirusdan sağalmış insanların sayı 34219-a bərabərdir.

Səhiyyə Nazirliyinin hesabatına əsasən, son 24 saat ərzində COVID-19-dan 809 insan həlak olub. Bu, son səkkiz gündə ən aşağı göstəricidir. Yeni yoluxma hallarının sayı 7026-ya bərabər olub ki, bu da martın 25-dən bəri ən aşağı rəqəmdir. Rəsmi məlumatlara əsasən, İspaniyada 124736 infeksiya aşkar edilmişdir.

Bununla belə, İspaniya hökuməti karantinin rejiminin aprelin 26-dək uzadılması haqqında məsələnin müzakirəsinə başlayıb. Konqres hökumətin bu xahişini aprelin 7-dən sonra keçiriləcək plenar iclasda müzakirə etmək niyyətindədir.

Səhiyyə naziri Salvador İlla bildirib ki, hökumət infeksiyanın yayılmaması üçün bütün əhaliyə hər yerdə maskalardan istifadə etməyi məsləhət görür. Nazir deyib: "Ola bilsin, bu bizim məsləhət görməyə hazırlaşdığımız tədbirlərdən biridir".