27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gürcüstanda ilk ölüm faktı

04.04.2020

Gürcüstanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb.
Bu barədə Tbilisi Birinci Universitet Klinikasının direktoru Levan Ratiani məlumat verib.
Onun sözlərinə görə, xəstənin müalicəsi üçün görülən tədbirlər nəticəsiz qalıb.

COVID-19 virusundan həyatını itirən şəxs Bolnisi rayonu Kəpənəkçi kənd sakinidir.

Məlumata görə, 79 yaşlı qadın martın 31-də COVID-19 virusuna yoluxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Gürcüstanın Baş Naziri Giorgi Qaxaria mərhumun yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, hazırda Gürcüstanda 157 nəfər koronavirusa yoluxub. Xəstələrin 28 nəfəri sağalıb.

Koronavirus diaqnozu ilə xəstəxanalara yerləşdirilənlərin 4 nəfəri süni nəfəs aparatına qoşulub, daha 23 nəfərdə pnevmoniya təsdiq olunub.