28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda cibgir yaxalanıb

04.04.2020

Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi və Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 2-də Bakı şəhər sakini bir qadının cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə altı dəfə məhkum olunmuş Rövşən İsmayılov yaxalanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, onun ətrafında aparılmış əməliyyat tədbirləri ilə həmin şəxsin paytaxt sakini Rəvan Rzayevin mobil telefonunu və daha bir qadının pul kisəsini oğurlaması da müəyyənləşdirilib.

Faktlarla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. R.İsmayılovun paytaxtda digər oxşar cinayətlər törətdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in "102” Zəng Mərkəzinə məlumat verə bilərlər.