27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə üzrə ən çox yoluxma İstanbuldadır

04.04.2020


İstanbul, İzmir, Ankara, Konya və Kocaeli şəhərləri Türkiyənin koronavirus riski ən yüksək olan bölgələrdir. Belə ki, ölkədə son qeydə alınan 20 min 921 koronavirus xəstələrinin əksəriyyəti bu şəhərlərdədir. Ən çox yoluxma halı isə 12 min 231 nəfərlə İstanbulda qeydə alınıb.

Xəstəlikdən ölüm hallarının əksəriyyəti də bu şəhərlərdə olub. Koronavirusa yoluxanların 210-u İstanbul, 27-i İzmir, 14-ü isə Kocaelidə dünyasının dəyişib.
Hazırda ölkədə qabaqlayıcı tədbirlər artırılır. Bir neçə gün əvvəl 65 yaşdan yuxarı olan şəxslərin bayıra çıxmalarına qadağa qoyulmuşdu. Hazırda bu qadağaya yaşı 20-dən az olanlar da əlavə edilib. Bundan əlavə bu gecədən etibarən ölkənin bazar və market kimi bütün işlək ictimai obyektlərində maska taxma məcburiyyəti tətbiq olunacaq.