28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fransada yoluxma sayı - 65 min

04.04.2020

Fransada COVID-19 pandemiyasından xəstəxanalarda ölənlərin sayı 6 min 507-yə çatıb.
Bu haqda səhiyyə baş direktoru Jerom Salomon aprelin 3-də mətbuata açıqlamasında bildirib.

Qeyd edib ki, xəstəxanalarda 27 min 432 xəstə var və onlardan 6 min 662-si reanimasiya şöbələrinə yerləşdiriliblər. Ölkədə COVID-19 virusuna yoluxanların sayı 65 minə çatıb və bir gün ərzində 5 min 233 yoluxma halı qeydə alınıb.

Fransanın Böyük Şərq regionunda epidemiyanın pik dövrünün aprelin 10-dan 25-dək davam edəcəyi ehtimal olunur.
"İmperial College de Londres” tədqiqatçıları isə Fransada 2 milyon və ya əhalinin 3 faizinin COVID-19 virusuna yoluxduğunu bildiriblər. Tədqiqatların nəticəsinə əsasən, İtaliyada əhalinin 9,8 faizi, İspaniyada 15 faizi, Belçikada 3,7 faizi, Almaniyada isə 0.7 faizi COVID-19 virusuna yoluxub.

Son nəticələrə əsasən, dünyada koronavirusa yoluxanların sayı 1 milyon 16 min 530, ölənlərin sayı isə 53 mindir.