28 04 2024-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə vəziyyət daha da gərginləşir

03.04.2020

Dünyada sürətlə yayılan yeni növ koronavirusdan (COVID-19) Türkiyədə yoluxma və ölənlərin sayı artmaqda davam edir. Aprelin 2-də daha 79 nəfər dünyasını dəyişib. Bu, infeksiya ilə bağlı ölüm qeydə alınan günlərdə baş verən ən çox itkidir. Ölənlərin ümumi sayı 356 nəfərə çatıb.

Bu barədə son rəqəmləri Səhiyyə naziri Fahrettin Koca sosial şəbəkədə paylaşıb. Nazir bildirib ki, bu gün 17 min 757 nəfər üzərində müayinə aparılıb. Onlardan 2 min 456 nəfərdə infeksiya aşkarlanıb. Beləliklə, ölkə üzrə 18 min 135 nəfər infeksiyadan müalicə olunur. Onlardan 1101 şəxsin vəziyyəti ağırdır. İndiyə qədər 415 nəfərin müalicəsi müsbət nəticə verib. Ölkə üzrə cəmi 125 min 556 nəfər infeksiya testindən keçirilib.