28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ölənlərin sayı 50 min oldu

03.04.2020

Dünyada yeni növ koronavirusdan azı 50 min nəfər ölüb. İnfeksiya 165 ölkəyə yayılıb. Sonuncu yoluxan ölkə Malavidir.

Xəstəlikdən ən çox ölüm halı İtaliyada (13915) qeydə alınıb. Habelə ölüm hallarının çox olduğu ölkələr sırasında İspaniya (10003), ABŞ (5316), Fransa (4503), Çin (3287), İran (3160), Böyük Britaniya (2921), Niderland (1339), Belçika (1011), Almaniya (1001) gəlir.

Dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayı bir milyona yaxınlaşır.

Xatırladaq ki, koronavirusa yoluxma halı 2019-cu ilin dekabrında Çinin Uxan şəhərində qeydə alınıb. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı xəstəliyin pandemiya olduğunu təsdiqləyib.