27 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin xalqa müraciət edib

02.04.2020

Rusiya Prezidenti Vladimir Putin aprelin 2-də xalqa növbəti dəfə müraciətlə çıxış edib.
Rusiya dövlətinin başçısı həm dünyada, həm də Rusiyada koronavirus epidemiyasının pik nöqtəyə çatmadığını vurğulayıb. O, Moskvada koronavirusla bağlı vəziyyətin yaxşılığa doğru dəyişməyin hələlik mümkün olmadığını, lakin yaşlıları qorumağa, uşaq müəssisələrində epidemiyanın yayılmasının qarşısını almağa nail olunduğunu qeyd edib.

Prezident Vladimir Putin ölkədə əməkhaqqı saxlanmaqla qeyri-iş həftəsinin müddətinin aprelin 30-dək uzadılması barədə sərəncam verib. Eyni zamanda, o, vəziyyət yaxşılığa doğru dəyişdiyi təqdirdə bu qərarın dəyişəcəyini istisna etməyib.

Rusiya dövlətinin başçısı vurğulayıb ki, iş yerlərinin və əhalinin gəlirlərinin saxlanması hökumətin prioritet məsələlərindəndir.