28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yapon alimlərdən virusun hava ilə yayıldığını deyir

02.04.2020

Yaponiyanın İnfeksiya Xəstəlikləri Dərnəyi koronavirusun asqırma və öskürmə zamanı hava yolu ilə yayılmasını əks-etdirən video-çarx hazırlayıb.

Dərnəyin Prezidenti Kazuhiro Tatedanın sözlərinə görə, asqırıb öskürərkən, eləcə də adi danışıq zamanı havaya mikrometr hissəciklər yayırıq. Bu damcılar öskürək damcılarından daha kiçik və yüngül olduğu üçün uzun müddət havada qala bilir. Bu zaman qoruyucu vasitələr olan maska taxmamısınızsa, asanlıqla mikrometr hissəcikləri özünüzə cəlb edirsiniz. Həmin damcılardan birinə toxunaraq dərhal virusa yoluxmaq mümkündür. Buna görə də tez-tez əllərinizi yumalı, üzünüzə toxunmamamlısınız.

Nəzəriyyəni sübut etmək üçün bir qrup tədqiqatçı havadakı damcıların hərəkətini nümayiş etdirən video-çarxda lazer şüalarından istifadə ediblər. Böyük və ağır damcılar səthə hopsa da, mikrodamcılar havada qalıb. Üstəlik bu damcılar söhbət zamanı da havaya saçılır. Onlar havada 20 dəqiqəyədək qala bilir.

Bu səbəbdən maska və eynəklərdən istifadənin virusun yayılmasının qarşısının alınmasında mühüm vasitələr olduğu xüsusilə qeyd edilir.