28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çin digər ölkələrdə də test keçirəcək

02.04.2020

Çinli alimlər preparatın effektivliyi barədə daha dəqiq nəticələr əldə etmək üçün yeni tip koronavirusa qarşı peyvənd sınaqlarının bir hissəsinin xaricdə keçirilməsi imkanlarını nəzərdən keçirir.

 "South China Morning Post” nəşri xəbər verir ki, Çində yeni tip koronavirusa qarşı vaksin sınaqları martın 16-da başlayıb. Sınaqlarda hər biri 36 nəfərdən ibarət üç qrupa ayrılmış 108 könüllü iştirak edir. Könüllülərin birinci qrupuna Çində hazırlanan preparatın kiçik, ikinci qrupa orta, üçüncü qrupa isə yüksək dozası vurulacaq. Klinik sınaqlar ilin sonuna qədər davam edəcək.

Sınaqların birinci fazası artıq başlayıb. Virusoloqların sözlərinə görə, sınaqların ikinci və üçüncü fazaları üçün təxminən min nəfər lazım gələcək və testlərin virusdan daha çox zərər görən ölkələrdə aparılması daha sürətli və dəqiq nəticələr əldə etməyə imkan verəcək.