28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İbrahim Məmmədov: Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib

02.04.2020

Azərbaycanda tibbi maska və spirtlə bağlı problem yaxın günlərdə öz həllini tapacaq. Belə ki, respublikamıza tibbi maska istehsalı üçün xammal gətirilib. Yaxın günlərdə bakterioloji, nano və cərrahi maskaların istehsalına başlanılacaq.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, günə 200 min maska istehsal olunacaq: "Artıq avadanlıqlar quraşdırılıb və prosesə aprelin əvvəlindən başlanılacaq”.