28 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Virtual qəbul otağı”nda canlı yayım

01.04.2020

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz işini qlobal pandemiya ilə əlaqədar ölkəmizdə elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun şəkildə davam etdirir.

Komitədən  bildiriblər ki, aprelin 1-də komitənin rəsmi "Facebook” səhifəsində "Virtual qəbul otağı”nın növbəti canlı yayımı reallaşıb. Səhifənin izləyicilərinə əvvəlcədən bildirildiyi kimi, bu dəfəki canlı yayımda vətəndaşların müraciətlərini komitənin "Miqrasiya, məskunlaşma, status və sosial təminat” şöbəsi müdirinin müavini Xəyyam Hüseynov cavablandırıb. Canlı yayıma komitənin mətbu orqanı olan "Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev moderatorluq edib.
ƏTRAFLI
Adsgarden.com

Saat 12.00-da başlanan və bir saat davam edən canlı yayım zamanı səhifənin rəy bölməsinə 160-a qədər vətəndaşın müraciəti daxil olub. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial təminat, kommunal xidmətlər, qeydiyyat və s. məsələlərlə bağlı müraciətlər üstünlük təşkil edib və onların əksəriyyəti dərhal cavablandırılıb. Araşdırılması müəyyən vaxt tələb edən müraciətlərin müəlliflərinə özləri haqqında məlumatı və əlaqə üçün telefon nömrəsini mesaj vasitəsilə səhifənin administratoruna göndərmək təklif olunub. Həmin müraciətlərin mövcud qanunvericilik çərçivəsində cavablandırılacağı bildirilib.

"Virtual qəbul otağı”nda canlı yayımın getdiyi müddətdə, komitənin aparat rəhbəri Eldar Zeynalovun videoqəbulu da keçirilib. Aparat rəhbəri əvvəlcədən qəbula yazılmış 40-dan çox vətəndaşla görüntülü danışıb, onların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

Xüsusi karantin rejiminin davam etdiyi müddətdə komitənin vəzifəli şəxslərinin videoqəbulu və "Virtual qəbul otağı”dan vaxtaşırı canlı yayımlar təşkil olunacaq. Bu barədə komitənin rəsmi "Facebook” səhifəsində əvvəlcədən müvafiq məlumat yerləşdiriləcək.