04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Aleksandr Lukaşenko: Allaha dua edirəm

31.03.2020

Bu gün Belarusda ən ağır problem dünyada koronavirusun yayılmasının iqtisadiyyata vurduğu ziyandır.
BELTA xəbər verir ki, bu fikri Belarus Prezidenti Aleksandr Lukaşenko Respublika Şurasının sədri ilə görüşündə söyləyib. Prezidentin sözlərinə görə, Belarusda koronavirus xəstəliyinin yayılması pik həddədir.

"Həmişə olduğu kimi yazda xəstəlik pik həddə olur, sonra azalır. Mən Allaha dua edirəm ki, Pasxaya qədər xəstəlik azalsın”, - deyə Lukaşenko əlavə edib.

Qeyd edək ki, Belarusda 152 nəfər koronavirusa yoluxub, onlardan 47 nəfəri müalicə olunaraq evə buraxılıb. Ölkədə koronavirusdan bir nəfər Belarus Milli Akademik Dram Teatrının 75 yaşlı aktyoru Viktor Daşkeviç vəfat edib.