04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Aerikalı hərbçilər ciddi təhlükədə

31.03.2020

ABŞ Silahlı Qüvvələrinin koronavirusa yoluxan hərbçilərinin, onların ailələrinin və mülki əməkdaşlarının sayı 67 faiz artıb.
İnterfax informasiya agentliyi xəbər verir ki, Pentaqonun məlumatına əsasən, hazırda ABŞ Silahlı Qüvvələrində 1087 yoluxma halı qeydə alınıb. Amerikalı hərbçilər arasında infeksiyaya yoluxanların sayı isə təxminən iki dəfə artaraq 309 nəfərdən 569 nəfərə yüksəlib. Yoluxma hallarının çoxu Hərbi Dəniz Qüvvələrinin payına düşür.

Ötən həftə Sakit Okeanda xidmət aparan "USS Theodore Roosevelt” aviadaşıyıcı gəmisi heyət üzvləri arasında koronavirusa yoluxanların sayının artması səbəbindən təcili olaraq Quam adasına istiqamətlənib. Gəmidə yeddi gün ərzində yoluxanların sayı üç nəfərdən 40 nəfərə yüksəlib.

Yaponiyanın Yokosuka hərbi dəniz bazasında lövbər salan "USS Ronald Reagan” aviadaşıyıcısında da bir neçə yoluxma halı aşkarlanıb.