04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan 7 aylıq əməkhaqqını fonda köçürdü

31.03.2020

Türkiyədə koronovirusla mübarizə tədbirləri çərçivəsində Milli Həmrəylik Kampaniyası başladılıb. Kampaniyanın əsas məqsədi aztəminatlı ailələrə əlavə maddi dəstək göstərməkdir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti yığıncağından sonra açıqlamasında bildirib.

Türkiyə Prezidenti yeddi aylıq əməkhaqqı məbləğini kampaniya çərçivəsində ölkənin Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyi nəzdində açılan hesaba ianə edib.

Toplantıda sağlamlıq tədbirləri, qida və ictimai təhlükəsizlik kimi mövzuların müzakirə olunduğunu bildirən Rəcəb Tayyib Ərdoğan epidemiyanın ilk günlərindən etibarən elmi komitənin tövsiyələrinə uyğun olaraq Türkiyədə sağlamlıq tədbirlərinin tamamilə həyata keçirildiyini, koronovirusla mübarizə üçün ölkədə istər tibbi heyət, istəsə də avadanlıq baxımından heç bir çətinliyin olmadığını, yeni xəstəxanaların istifadəyə verildiyini, gələcək aylarda da ən son texnologiyalara uyğun bir necə tibb ocağının açılacağını deyib.
Bildirilib ki, hazırda ölkədə hər gün on min nəfər koronavirus testindən keçirilir, 39 yaşayış məntəqəsi karantinə alınıb.

Qeyd edilib ki, hazırda ölkənin 41 şəhərində yerləşən tələbə yataqxanalarında 21 min 500 vətəndaş karantindədir.