04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ÜST-dən xəbərdarlıq

31.03.2020

Koronavirus pandemiyası dünyanın bir çox ölkələrində səhiyyə sisteminin həddən artıq yüklənməsinə səbəb ola bilər.

Bu fikri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) martin 30-da Cenevrədə təşkil etdiyi brifinqdə təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib. Onun sözlərinə görə, koronavirus pandemiyası bir çox ölkələrdə səhiyyə sistemində gərginliyə səbəb olub. Səhiyyə infrastrukturu, xəstəxana və tibbi heyətlə bağlı artan tələb bəzi səhiyyə sistemlərinin həddən çox yüklənməsinə gətirib çıxarır.

Qeyd edilib ki, infeksiya hallarının ən yüksək artımı indiyədək ABŞ, İtaliya və İspaniyada müşahidə olunur. Pasiyentlərin, ilk növbədə, nəfəsalma aparatları, dərman preparatları və tibbi maskalara ehtiyacı var. İnfeksiyaya yoluxmuş şəxslərin təcrid olunması üçün yeni xəstəxanalar tikilir və həkimlər gücləndirilmiş rejimdə işləməli olurlar.
ÜST rəhbəri, həmçinin koronavirusla mübarizəyə indiyədək 622 milyon ABŞ dolları həcmində yardım üçün dünya ictimaiyyətinə minnətdarlığını çatdırıb.