03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə bir gündə 37 nəfər...

30.03.2020

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı 168 nəfərə çatıb. Onların 37 nəfəri martın 30-da vəfat edib.

Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib. O qeyd edib ki, bu gün ümumilikdə 11 min 535 nəfər üzərində müayinə aparılıb. Ölkə üzrə 10 min 827 nəfər infeksiyadan müalicəyə cəlb olunub. Xəstələrdən 725 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Türkiyədə COVID-19 ilə mübarizə tədbirləri çərçivəsində ümumilikdə 76 min 981 nəfər testdən keçirilib. Müalicəyə cəlb olunanlardan 162 nəfər sağalıb.