03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Oğrular tutulublar

30.03.2020

Paytaxtda oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Qaradağ rayonu ərazisindəki 1 mağazadan 6 ədəd mobil telefon, 2 avtomobildən 2 ədəd videoqeydiyyat qurğusu oğurlamaqda, habelə 1 avtomobildən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – R.Məmmədov və V.Cavadov Rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Onların daha 4 avtomobildən pul, mobil telefon və yan güzgülərini oğurlamaları da müəyyən edilib.

Nəsimi rayonu ərazisindəki mağazaların birindən 1000 manat dəyərində 27 ədəd qol saatı, suvenirlər, gül dəstləri, 2400 manat dəyərində gül və digər əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Abdullayev Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.