19 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Türkiyədə vəziyyət gərginləşir

29.03.2020

Türkiyədə Yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı 108 nəfərə çatıb. Onların 16-sı martın 28-də vəfat edib.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilir ki, bu gün ümumilikdə 7 min 641 nəfər üzərində müayinə aparılıb. Onlardan 1704 nəfərdə infeksiya aşkarlanıb. Beləliklə, ölkə üzrə 7 min 402 nəfər infeksiyadan müalicəyə cəlb olunub. Xəstələrdən 445 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, martın 28-dən etibarən Türkiyədə COVID-19 ilə mübarizə tədbiləri daha da sərtləşdirilib. Ölkə üzrə şəhərlərarası və yaşayış məskənləri daxilindəki nəqliyyatın hərəkəti 80 faiz məhdudlaşdırılıb. Ölkə əhalisindən rəsmi və ictimai qaydalarla "Evdə qal!” çağırışına əməl etmək tələb olunur.