18 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Misir naziri əhaliyə xəbərdarlıq edib

26.03.2020

Misirin Daxili İşlər naziri Mahmud Tevfik koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş xüsusi karantin rejimini pozanların ciddi cəzalandırılacağı barədə xəbərdarlıq edib.

AKomendant saatı vaxtı şəhərin mərkəzində reyd aparan nazir bildirib ki, COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün vətəndaşlar qanunlara riayət etməli, polislə sıx əməkdaşlıq şəraitində davranmalıdırlar. O əlavə edib ki, hüquq-mühafizə orqanları ölkənin həyati əhəmiyyətli obyektlərinin normal fəaliyyətini təmin etmək istiqamətində də tədbirlər görür.

Misirin Səhiyyə naziri Hala Zayed Qahirədə keçirdiyi mətbuat konfransında yeni növ koronavirusdan ölənlərin sayının 21 nəfərə çatdığını bildirib. O qeyd edib ki, ölkədə bu təhlükəli virusa 442 yoluxma halı qeydə alınıb və pandemiyanın qarşısını almaq üçün təsirli tədbirlər həyata keçirilir. Nazirin sözlərinə görə, artıq xəstəxanalarda müalicə olunan 93 nəfər bu xəstəlikdən tamamilə sağalıb.