ABŞ-da koronaviruslular 60 min oldu 
    
                          
     
                         26.03.2020
 
    
                        										ABŞ-da koronavirusa (COVID-19) yoluxanların sayı 60 min nəfəri ötüb.
AZƏRTAC "RİA Novosti agentliyinə istinadla bildirir ki, Cons Hopkins Universitetinin məlumatına görə, Birləşmiş Ştatlarda koronavirusa 60 min 115 yoluxma halı qeydə alınıb, 827 nəfər virus səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son məlumatlarına görə, dünyada 372 mindən çox insan virusa yoluxub, 16 mindən insan pandemiyanın qurbanı olub.