18 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Böyük Britaniyada ölənlər 338 oldu

24.03.2020

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 338 nəfərə çatıb.

 Baş Nazir Boris Conson əmək fəaliyyəti ilə məşğul olanlardan başqa hər kəsə komendant saatı edildiyini bildirib. Qeyd edib ki, ehtiyacı olanlara kömək etməyə gedənlərə və gündə bir dəfə qida və dərman kimi məcburi ehtiyacları ödəmək üçün çölə çıxmağa icazə verilir.

Ölkə daxilindəki bütün kitabxanalar, oyun meydançaları, idman mərkəzləri və ibadət yerləri bağlanılıb və toy mərasimləri ləğv olunub. Həyati əhəmiyyət kəsb etməyən əşyaların satışı ilə məşğul olan mağazalar bağlanıb. Polislərə bu qaydalara əməl etməyənlərə cəza vermək səlahiyyətləri verilib.

Bu qadağaların üç həftə davam etməsi nəzərdə tutulub.