20 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

İranda dövlət televiziyasının 19 jurnalisti koronavirusa yoluxub

23.03.2020

İran dövlət televiziyasının 19 əməkdaşı koronavirusa yoluxaraq karantinə alınıb.
Jrnalistlər xəstəxanalardan reportaj hazırlayarkən xəstə adamlarla təmasda olduqlarına görə virusa yoluxublar.

Bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 7 növ antibiotik və digər tibbi ləvazimatlardan ibarət yardımı Tehrana çatıb. ÜST-ün Tehran bürosundan verilən məlumatda deyilir ki, təşkilat İrana yardımlarını davam etdirəcək. Yaxın günlərdə təşkilatın virusoloq həkimlərdən ibarət heyəti İrana səfər edərək yerli həkimlərə kömək göstərəcək.

Bu gün Prezident Həsən Ruhaninin rəhbərliyi ilə İranın Nazirlər Şurasının iclası keçirilib. İclasda koronovirusla mübarizə və real vəziyyət müzakirə olunub. Səhiyyə naziri Səid Nemaki bildirib ki, koronavirusa yoluxanları aşkarlamaq üçün ölkə üzrə 40 min xüsusi tibbi mərkəz yaradılıb. Bu mərkəzlərdə 32 milyon insan testdən keçirilib.

İranın Şərqi Azərbaycan əyalətində koronovirusdan qorunmaq məqsədilə spirtli içki qəbul edənlərdən 200 nəfəri həyatını itirib. Təbriz Universitetinin tibb araşdırmalar mərkəzindən bildiriblər ki, fevral ayından bu günə kimi saxta spirtli içkidən 230 nəfər zəhərlənərək mərkəzə müraciət edib. Onlardan yalnız 30 nəfərin həyatını xilas etmək mümkün olub.