05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qırğızıstanda fövqəladə vəziyyət

22.03.2020

Koronavirusla bağlı martın 22-dən Qırğızıstanda bir ay müddətinə fövqəladə vəziyyət elan olunub.

 Qırğızıstan Nazirlər kabinetinin mətbuat xidməti xəbər verir ki, bununla bağlı qərar Baş Nazir Muxammedkalıy Abılqaziyevin keçirdiyi müşavirədə elan edilib.

Bu qərarla əlaqədar olaraq hökumətin qarşıısında paytaxtda və vilayətlərdə blokpöostların yaradılması, əhalinin ilkin tələbat malları və dərmanlarla fasiləsiz olaraq təmin olunması, ölkə daxilində aviareyslərin həyata keçirilməsi, ictimai nəqliyyatın, ərzaq mağazalarının və apteklərin işinin qaydaya salınması vəzifələri qoyulub.

Bildirilir ki, hər bir vəzifəli şəxs tabeliyindəki sahənin fasiləsiz işləməsi üçün şəxsən məsuliyyət daşıyacaq. Yerli özünüidarə orqanlarının rəhbərləri də ilk növbədə əhalinin ərzaqla təmin olunmasını həyata keçirməlidir. Xaricdən ərzaq gətirilməsi sahəsində heç bir problem yoxdur, buna görə də vətəndaşlar ərzaq və dərman qıtlığı ilə rastlaşmayacaqlar.