05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Misirdə koronavirusdan ölənlər 10 oldu

22.03.2020

Misirdə koronavirusdan ölənlərin sayı 10 nəfərə çatıb. Şənbə günü daha iki ölüm faktı qeydə alınıb.

Bu barədə məlumat verən Səhiyyə Nazirliyinin mətbuat katibi Xalid Meqahed şənbə günü virusa daha 9 yoluxma halı qeydə alındığını bildirib. O əlavə edib ki, bugünədək ölkədə 294 nəfərdə COVID-19 virusu aşkar edilib.

Nazirliyin rəsmisi qeyd edib ki, son bir sutkada koronavirusa yoluxanların hamısı Misir vətəndaşlarıdır. Onlar xəstəxanalarda karantin altına alınıb və vəziyyətləri sabitdir. Həyatını itirənlər isə 68 yaşlı qadın və 75 yaşlı kişidir. Onların hər ikisi Giza vilayətinin sakinləridir. Meqahed əlavə edib ki, indiyədək koronavirusdan müalicə olunan 41 nəfər sağalıb.
Misirin Səhiyyə Nazirliyi dezinfeksiya işlərinin aparılması tələbi ilə vilayətlərin qubernatorlarına müraciət ünvanlayıb. Hazırda ölkənin bütün aeroportlarında profilaktik tədbirlər görülür, təkcə çarter uçuşları qəbul edilir.