05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məktəblilər, tətil deyil! “Dərs vaxtı”-na baxın!

21.03.2020

Martın 24-də "Dərs vaxtı” proqramı çərçivəsində həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslərin yayımına yenidən start veriləcək. Bu barədə  Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlik dərs cədvəlinə diqqət etməyi, dərsi "Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

"Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı, "Facebook" səhifəsindən, eyni zamanda, nazirliyin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.