09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

“İllik Azərbaycan Sammiti” keçirilir - BAKIDA

24.05.2018

Bu gün Bakıda "Moody’s” beynəlxalq reytinq agentliyi tərəfindən "İllik Azərbaycan Sammiti” keçirilir.
"Dövran Media" xəbər verir ki, sammitdə MDB-nin kredit analitikləri bir araya gələrək Azərbaycanın islahatlar sahəsində irəliləyişi, fərqli kredit profillərinə söykənən əsas amilləri müzakirə edəcək.
Sammit 3 paneldən ibarət olacaq. Birinci paneldə neftin qiymətinin ucuzlaşma ehtimalının uzunmüddətli və qısamüddətli perspektivləri, ikinci paneldə Azərbaycanın bank sektorunun perspektivləri ilə bağlı  iqtisadi canlanmanın bank sektorunun bərpasına əsas olması, sonuncu paneldə isə neft sektorunun perspektivləri mövzusu müzakirə ediləcək.
Qeyd edək ki, sammitdə reytinq komitəsinin modelləşdirilməsi mövzusunda da seminar keçiriləcək.