21 09 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Lukaşenko: Yəhudilər kimi, 100 qram hamama qədər və sonra

19.03.2020

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədəki epidemioloji vəziyyətə həsr olunmuş iclas zamanı koronavirusla mübarizə üçün araq içmək və saunadan istifadə etməklə bağlı tövsiyəsini tənqid edən Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovskiyə lətifə ilə cavab verib.
Bu barədə MK məlumat yayıb.
Lukaşenko lətifəsində bildirib ki, Jirinovski sərt tənqiddən sonra evə gedib və həyat yoldaşından ona koronavirusa qarşı "100 qram araq” süzməsini istəyib. Bu cür istək Jirinovskinin həyat yoldaşında təəccüb yaradıb, çünki o, özü bir qədər əvvəl bunun kömək etməyəcəyini bildirib.
"Bunu hamı üçün demişəm, mənə isə süz. Lukaşenko axmaq deyil, əgər belə deyirsə”, - Jirinovski cavab verir.
Həyat yoldaşı yenidən bildirir ki, rusların adətlərinə görə, 100 qram ancaq hamamdan sonra içilməlidir.
"Bu ruslarda belədir. Mən isə yəhudilər kimi: 100 qram hamama qədər və 100 qram hamamdan sonra. Süz!” - Lukaşenko lətifəni bu sözlərlə tamamlayıb.