01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Leyla Əliyevanın dəstəyi ilə tələbələr Rusiyadan vətənə gətiriliblər - VİDEO

19.03.2020

Koronavirus (COVİD-19) infeksiyasının dünyada pandemiya halını aldığı və ölkələrin bununla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər gördüyü, o cümlədən, təhsil müəssisələrində tədrisin dayandırıldığı məlumdur.
Bu xüsusda, Rusiyanın müxtəlif ali təhsil müəssisələrinin tələbə yataqxanalarının karantinə bağlanması ilə əlaqədar bu şəhərdə təhsil alan bəzi azərbaycanlı tələbələr yaşayış yeri problemi ilə üzləşiblər.
Bu mürəkkəb vəziyyətlə qarşılaşan tələbələrimizin müraciətlərini nəzərə alaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla xanım Əliyevanın tapşırığı ilə təşkilat Rusiyada təhsil alan azərbaycanlı tələbələrin Azərbaycana qayıtmasını təmin edib.
Ötən gecə vətənə qayıdan tələbələrin səhhətlərində heç bir problem aşkarlanmayıb.
Xarici ölkələrdə təhsil alan digər tələbələrin məskunlaşdıqları ölkədə tətbiq edilən xüsusi rejimə, karantin qaydalarına riayət etmələri, təxliyyə zərurəti yarandığı halda təcili olaraq həmin ölkələrdəki səfirliklərimizə və digər aidiyyəti təşkilatlara məlumat vermələri tövsiyə olunur.